Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
SİYASƏT

Polisi şəhid edən qatil haqda fakt

<b>Polisi şəhid edən qatil haqda fakt</b>

Ötən gün Gəncədə ictimai asayişi pozmağa cəhd göstərən və polis zabitini qətlə yetirən Fərrux Qasımov həqiqətən də radikal dini yönümlü qrupun üzvü olub

Bunu onun Feysbuk hesabından da aydın sezmək olur.
Dini foto və videolar paylaşan Fərruxun İranda dini yerləri ziyarət etməsi və ətrafındakı şəxslərin də qatı dindar olması görünür. Hətta o, paylaşımlarından birində Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadəyə də dəstək olub.
Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və Fərrux Xəqani oğlu Qasımov axtarışa verilib.




Xəbər - 31 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv