Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
TÜRK DÜNYASI

Adnan Oktar MOSSAD casusu çıxdı: “sağ əli” qaçdı

<b>Adnan Oktar MOSSAD casusu çıxdı: “sağ əli” qaçdı</b>

Türkiyədə səhər saatlarında keçirilən əməliyyat zamanı Adnan Oktarın polisləri gördükdən sonra qaçaraq Sariyer istiqamətində hərəkət etdiyi məlum olub

Təhlükəsizlik orqanları Oktarı yalnız həmin istiqamətdə yaxalamağa müvəffəq olublar.
Məlumata görə, barəsində casusluq itthamları da irəli sürülən Oktarın Türkiyəyə aid gizli məlumatları İsrail kəşfiyyatına – MOSSAD-a ötürdüyü iddia olunub.
Oktarın barəsində yaşları 11-40 arası olan 20-dən çox qadının cinsi istismara məruz qalması ittihamı ilə hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Adnan Oktarın mütəşəkkil cinayətkar dəstəsinə üzv olan və barəsində həbs qərarı qəbul edilənlərin 106-sı qadın olub. Adnan Oktarın sağ əli sayılan dəstənin iki nömrəli şəxsi Tarkan Yavaş əməliyyat zamanı qaçmağı bacarıb. Qaçan şəxsin silahlı olduğu bildirilib.
Elmi Araşdırma Fondunun keçmiş sədri olan Tarkan Yavaş azyaşlı qız uşağını cinsi istismar, saxtakarlıq və beynəlxalq casusluq iddiaları olmaqla, 20 ittihamla axtarışa verilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv