Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
SİYASƏT

“Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq“

<font color=red><b>“Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq“</b></font>

“Gəncədə bir qrup "dindar"ın qanunsuz aksiyasının qarşısını almaq, sabitliyi qoruyan polislərimizdən ikisinin qətlə yetirilməsi Azərbaycanda sabitliyin pozulması və insanlar arasında qorxu, təşvişin yaradılmasına xidmət edir”

Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev deyib. Bildirib ki, bu ssenari din altında pərdələnən bir neçə şəxsə xaricdən hazırlanıb: “Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi bu ssenarinin bir hissəsidir. Dünən radikallar iki polis zabitimizi qətlə yetirərərk ssenarinin digər hissəsini həyata keçirdilər. Polisimizin həmin radikalların qarşısına əliyalın, silahsız çıxması dövlətin qanunlara riayət etməyən vətəndaşlarına belə humanizminin göstəricisidir. Lakin silahsız polislərimizin qətlə yetirilməsi heç bir insanlığa sığmayan haldır, özü də "dindar"lar tərəfindən. Bu hadisə bütün Azərbaycanı təəccübləndirib, təəssüfləndirib. "İnanc" sahibi onu qoruyan polisini qətlə yetirib. Nəyə görə?”.

C.Şahverdiyev onu da əlavə edib ki, polislərimizi qətlə yetirən hər iki şəxs radikal dini qruplaşmanın üzvüdürlər: "Azərbaycanda belə qruplaşmaların fəaliyyəti mümkünsüz olduğundan çox güman ki, onlar kənarda təlim keçib Azərbaycana ezam ediliblər. Məqsəd qanunsuz aksiyalarda iştirak etməklə qarşıdurma yaratmağa cəhdlər göstərməkdir. İki polis zabitimizi qətlə yetirmək bütöv cəmiyyətimizə qarşı törədilən terror hadisəsidir. Kənardan Azərbaycana ezam ediləcək belə dindarların sayı az deyil. Amma hüquq-mühafizə orqanlarımız və güc strukturlarımız həmişə ölkəmizin təhlükəsizliyini qoruyublar və bundan sonra da qorumaq gücündədirlər. Bütün Azərbaycan vətəndaşları həmin orqanlarla həmrəy olmalıdır".

QHT sədri vurğulayıb ki, ölkədə qarşıdurma yaratmaqda maraqlı olan xarici qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı dövlətlə həmrəydir. Radikallar heç bir zaman Azərbaycanımızı Suriyaya döndərə bilməyəcəklər: “Azərbaycan qorunur, onun dövləti, dövlətçiliyi və mərd övladları var. Ölkəmizi, dövlətimizi, sabitliyimizi, gələcəyimizi qorumalıyıq. Dini radikalizm və terrora qarşı birləşməliyik. Bu işdə hamımız həmrəy, mübariz olmalıyıq. Radikalların Gəncədə qan tökməsi heç birimizdə təşviş yaratmamalıdır, dövlətimizin gücünü göstərməliyik. Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq, imkan verməməliyik ki, Azərbaycanda sabitlik, əmin-amanlılıq pozulsun. Azərbaycanımızı, vətənimizi, torpağımızı, millətimizi qorumaq naminə şəhid olmaqdan qürur duymalıyıq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv