Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
İQTİSADİYYAT

İnnovasiya Müsabiqəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

<b>İnnovasiya Müsabiqəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib</b>

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə birgə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edib.
İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinın müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək texnologiyalar parkı” MMC-nin tədqiqatçıları, ASAN könüllüləri üçün maarifləndirmə tədbirləri keçirilib.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideyabanki.com) platforması vasitəsilə təqdim etməlidirlər.
İndiyədək müsabiqəyə 50-yə yaxın layihə təqdim edilib.
İnnovasiya layihələrinın qəbulu davam edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv