Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

Elmar Vəliyev İsraildə bu xəstəxanada yatır? - Abramov

<b>Elmar Vəliyev İsraildə bu xəstəxanada yatır? - Abramov</b>

Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma mənə nə ailə üzvlərim, nə uşaqlarım, nə də dostlarım bu barədə nəsə deyiblər

Bu sözləri deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov Musavat.com-a geniş müsahibəsində Gəncə şəhər İH başçısı E.Vəliyevin İsrailə aparılması haqda yayılan məlumatı şərh edərkən deyib.
“Mənim orada yüzlərlə dostum var, özüm orada yatmışam, gəlib mənə baş çəkiblər. Hər bir klinikada Qubadan, Bakıdan adam var. Mənə zəng edib deyərdilər ki, sizin bir məmurunuz bizdə müalicə olunur. Heç birindən zəng gəlməyib. Mənim özümün də xəstəxanaların bir neçəsi ilə daimi əlaqəm var.
Dünən sabiq deputatlardan biri mənə zəng etmişdi ki, bir qohumumu Rambam xəstəxanasına aparmaq istəyirəm. O da ağır vəziyyətdədir, Allah ona şəfa versin! Rambamda da mənim çox yaxın dostlarım var, amma onlardan heç biri mənə deməyib ki, sizin məmur buraya gətirilib”, - Yevda Abramov bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv