Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
SİYASƏT

Başçının güllələnməsindən sonra dərhal… - Politoloq

<b>Başçının güllələnməsindən sonra dərhal… - Politoloq</b>

Gəncədə baş verən iğtişaşlar ölkəmizdə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan bir sıra xarici qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir

Bu sözləri Azərtac-a açıqlamasında təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib.
O qeyd edib ki, həmin qüvvələr Gəncəni məxsusi olaraq seçiblər və hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib. Şəhər icra hakimiyyətinin başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna keçərək bəzi KİV-lərdə, eyni zamanda, sosial şəbəkələrdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycana məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımlar atıldı. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək Gəncədə təxribatçıları, terrorda vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Bütün bunlara baxmayaraq, şəhərdə əmin-amanlığı və sabitliyi bərpa etməyə çalışan Azərbaycan polisi onlara qarşı humanistlik göstərdi. Yəni, polislər əlisilahlı insanlara qarşı heç bir silahdan istifadə etməyərək onlarla danışıqlar aparmağa çalışdılar. Lakin təxribatçılar yüksək rütbəli iki polis əməkdaşını qətlə yetirdilər.
Ekspert bildirib ki, onların planları Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirməkdir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə hazırlanıb və xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib.
A.Nağıyev hesab edir ki, Azərbaycana qarşı məkrli planlar quranlar istəklərinə çata bilməyəcəklər. Təbii ki, gələcəkdə istər real həyatda, istərsə də sosial şəbəkələrdə bu cür qruplaşmaların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, Azərbaycanda terrorla, iğtişaşlarla sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər.
Müsahibimiz deyib ki, Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf etmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Lakin bu istiqamətdə indiyədək lazım olan addımlar atılıb və atılacaq. Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır və vətəndaşlarımız dövlətimizin düşmənlərinə meydan verməyəcəklər.




Xəbər - 22 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv