Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

Samuxda bataqlıqdakı yanğın söndürüldü - FHN

<b>Samuxda bataqlıqdakı yanğın söndürüldü - FHN</b>

Samuxda bataqlıq ərazidə baş verən yanğın söndürülüb

2018.07.10, 00:20
FHN-dən verilən məlumata görə, 07 iyul 2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən edilib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın 11 iyulı 2018-ci il tarixində saat 20:50-də söndürülüb.
Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv