Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SİYASƏT

“FETÖ terror təşkilatı ilə mübarizəmiz sonadək davam edəcək”

<font color=red><b>“FETÖ terror təşkilatı ilə mübarizəmiz sonadək davam edəcək”</b></font>

Erkan Özoral: “Terror təşkilatlarına heç bir halda güzəşt etmək olmaz”

“Gəncədə şəhid edilən polislərimiz üçün bütün Azərbaycan xalqına başsağlığı verir və bu terror aktını da şiddətlə lənətləyirəm”

İyulun 15-də Fətullahçı Terror Təşkilatının Türkiyədə törətdiyi dövlət çevrilişinə cəhdin 2 ili tamam olur. Bu müddət ərzində Türkiyə çox çətin bir dönəmdən keçib, və təhlükəli mərhələni uğurlu şəkildə arxada qoyub.
Bütün bu və digər məsələlərlə bağlı “Xalq cəbhəsi”nin suallarını Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral cavablandırıb.

- Türkiyə olaraq 2 il öncə çox böyük təhlükədən xilas olduq. Millət olaraq 15 iyul dövlət çevrilişinə cəhdə qarşı birləşdik və bu xain planı dəf etdik. Təbii ki, bu proses yeni bir durum ortaya çıxardı. Dövlət çevrilişinə cəhddən sonra biz Türkiyədə fövqəladə vəziyyət elan etdik. Bu günlərdə bu fövqəladə vəziyyətin iki ili tamam olacaq və bir daha uzadılması düşünülmür. Ona görə də Türkiyə olaraq yavaş-yavaş normal vəziyyətə qayıdırıq.. 2 ildə çox böyük işlər görüldü. Bunların ən önəmlisi FETO-ya qarşı başladılan hüquqi prosesdir. Söhbət açılan cinayət işləri və məhkəmələrdən gedir. Hər bir cinayət işində yeni-yeni gerçəklər ortaya çıxır. Gerçəyin üzü daha artıq görünür. Hər səfərdə anlaşılır ki “15 iyul” sadəcə bu böyük təşkilatlanmanın görünən üzü imiş. Bunun altında çox böyük bir struktur var. Bu strukturla mübarizə aparmaq üçün çalışmalar hər ötən gün qərarlılıqla davam etdirilir. 2 il ərzində bəzi cinayət işləri tamamlanıb. Terror təşkilatının bəzi mənsubları, özəlliklə rəhbərlikdə olan qismi, başda həbs cəzası olmaqla, çeşidli cəzalara məhkum edildilər. İşlənən bu cinayət, törədilən terror hücumu cəzasız qalmır. Bunun cəzası ən sərt formada veriləcək. Təbii ki, bu dönəmdə önəmli bir yenilənmə də yaşandı və bir neçə gün öncə Trükiyə olaraq prezidentimizin andiçməsi ilə başlayan yeni bir dönəmə qədəm qoyduq. İnşallah bundan sonra hər şey daha yaxşı olacaq və bu terror təşkilatı ilə mübarizəmiz qərarlılıqla davam etdiriləcək.
- Türkiyədə FETO-dan təmizləmələr davam edir. Hazırda vəziyyət necədir? Türkiyə dövləti FETO təhlükəsindən tam qurtulubmu, dövlət FETO mənsublarından tam təmizlənibmi? Hazırda hər hansı bir təhlükə, risk varmı?
- Qısaca durumu anlatsaq, deyə bilərik ki, FETO terror təşkilartının beli qırılıb. Bir daha bu cür fəaliyyət göstərə bilməyəcək vəziyyətə gətirilib. Terror təşkilatına çox böyük zərbələr vurulub. Təşkilatın strujturu ortaya çıxarılıb və dövlətin içərisində olan üzvləri vəzifələrindən azad edilib. Cinayət məsuliyyətinə cəlb ediləcək qədər işlər görənlər də cəzalandırılıb və həbsxanadadırlar. Amma FETO-nun tamamilə təmizlənməsi, dövlətdən və Türkiyənin həyatından tamamilə çıxarılması lazımdır. Çünki, bu terror təşkilatı bütün türk milləti və türk dövlətini hədəf almış bir təşkilatdır. Terror fəaliyyətini davam etdirmək üçün yeni üzvlər toplamağa davam etməkdən vaz keçmək istəməyən bir xarakteri var. Hələ də əsas rəhbər heyəti xaricdədir. Təşkilatın lideri Amerikada və hələ də hiyləgər fəaliyyətini davam etdirmək üçün səylər göstərir. Ona görə də bizim terror təşkilatı ilə mübarizəmiz sonunadək davam edəcək. Terror təşkilatının son mənsubu yox edilənə qədər proses sürdürüləcək.
- Yeri gəlmişkən sabah (bu gün) ABŞ-dən Türkiyəyə nümayəndə heyətinin gəlməsi gözlənilir. Gələnlərin hansi səviyyədə şəxslər olması ilə bağlı sizdə hər hansı bir məlumat varmı? Medianın yazdığına görə, Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlı ABŞ-ın şərtləri var. Sizcə bu şərtlər nədən ibarət ola bilər?
- İndiyədək mediada müxtəlif formalı xəbərlər yer alıb. Bildiyim qədər, ABŞ-dan Türkiyəyə gələn heyət bu işlə bağlı vəzifə daşiyanlardan formalaşan texniki heyətdir. Türkiyə Ədliyyə Nazirliyi ilə təmasları olacaq. Onlar öz aralarında danışacaqlar. Biz Türkiyə olaraq Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlı bütün sənədləri Amerikaya verdik. Bunları dəyərləndiriblər. Ona görə də, mütləq bunun qarşılığını verəcəklər. İki ölkənin ədliyyə nazirliklərinin görüşərək bununla bağlı ortaq məxrəcə gələcəklərinə ümid edirik.
- MHP seçki öncəsi adı FETO işinə qarşışan günahsız insanların əfvi ilə bağlı dövlətə çağırış etdi. Ümumiyyətlə konkret təsbitlər varmı ki, adı FETO işində hallanan, amma cinayət məsuliyyəti daşımayan nə qədər insan var və onların azad edilməsi gözlənilirmi?
- Türkiyədə FETO məsələsi ilə bağlı dövlət işindən azad edilənlərlə bağlı bir komissiya yaradıldı. Haqqındakı qərarı yanlış sayanlar bu ittihama qarşı etiraz edə bilirlər, onların bu hüquqları var. Etiraz edənlərin bir qismi öz işlərinə geri döndülər. Bunların durumları çox ciddi şəkildə incələnir. “Mənə haqsızlıq edilidi” deyən varsa, onun müraciətinə baxılır, çox ciddi araşdırma aparılır, hər şey aydınlaşdırılandan sonra ədalətli qərar verilir. Dediyim ki, bir çox belə araşdırmaların sonunda təkrar öz vəzifəsinə qaytarılanlar var. Bundan başqa FETO çox təhlükəli və hiyləgər terror təşkilatıdır. FETO-nun smartfonlar üçün hazırladığı mobil tətbiqlər var. Bunları telefonunuza yüklədiyiniz zaman avtomatik olaraq telefonunuza FETO-nun proqramları yüklənir. Bu proqramları yüklədiyi üçün FETO terror təşkilatının üzvü olmaqda günahlandırılanlar oldu. Bunların da sayının 11 min civarında olduğu təxmin edilir. Bunların FETO üzvü olmadıqları, məsum olduqları təsbit edilib. Bu şəxslərlə bağlı aparılan cinayət işləri də ləğv edilib. Yəni bu təşkilat xain, özünü qurtarmaq, üstün olmaq üçün hər cür yalan söyləyən, hər cür əxlaqsızlığı edən, hər cür şərəfsizliyə baş vura bilən bir təşkilatdır. Qarşımızda belə bir cinayət şəbəkəsi var. Ona görə də bu cinayət şəbəkəsi ilə mübarizə apararkən də dövlətin mümkün olduğu qədər diqqətli olması, məsumların cinayət məsuliyyətindən uzaq tutulması, əgər belə hallar varsa da bunun ortadan qaldırılması gərəkdir. Dövlətimiz də bununla bağlı lazımi addımlar atır.
- FETO teror təşkilatı ilə əlaqədar ən həssas məqamlardan biri Türkiyə ordusu ilə bağlı idi. Türkiyə ordusundan çoxsaylı təmizləmələr oldu. Bu zaman ordunun zəifləməsi ilə bağlı narahatlıqlar da yaranmışdı və Türkiyə mediasında bununla bağlı müxtəlif fikirlər yer alırdı. Hazırda orduda vəziyyət nə yerdədir, fetodan tamamilə təmizlənibmi? Digər bir məsələ isə FETO-nun qurbanı olan generallarla bağlı idi. Onlarla bağlı durum nə yerdədir, təkrar vəzifələrinə qaytarılanlar oldumu və ya onların təcrübəsində yararlanılırmı?
- FETO üzvü olan hakimlər tərəfindən haqsız yerə günahlandırılan və cəzaya məhkum edilən əsgərlərimizin etibarları qaytarılıb, təkrar orduya dönüblər. Bu cinayət işlərində günahsız insanların hüquqları bərpa olunub. Türkiyə Silahlı Qüvvələrində FETO mənsubları demək olar ki, tamamilə təmizlənib. Hələ də qalanı varsa, onlar da tapılıb silahlı qüvvələrdən xaric edilirlər. Silahlı qüvvələrimiz bu təmizlik nəticəsində əvvəlkindən daha da güclüdür. Çünki içəridə xain, silahlı qüvvələrimizi zəiflətməyə çalışan qalmayıb. Ona görə də gördüyümüz işlərə daha çox güvənirik. Türkiyə silahlı qüvvələrinin daha da güclü olduğunu görürük. Bilirsiniz ki, Türkiyə silahlı qüvvələri dövlət çerilişinə cəhddən 45 gün sonra Suriyada, Əl Babda “Fərat qalxanı” əməliyyatını gerçəkləşdirdi. Bundan sonra “Zeytin budağı” əməliyyatını həyata keçirdi. Hazırda Türk silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatlar həyata keçirir. Türkiyə daxilində də terrora qarşı əməliyyatlar sürətlə davam etdirilir. Bu əməliyyatların hamısı əvvəlki ilə müqayisədə çox uğurla aparılır. Bu gün Türkiyədə FETO terror təşkilatının belinin qırılmasından bəhs edirik, amma bunla yanaşı PKK teror təşkilatı da çox zəiflədilib. Bu gün PKK terror təşkilatı Türkiyədə artıq hücum etmək iqtidarında deyil. Bu bizim ordumuzun gücünün göstəricisidir.
- FETO terror təşkilatının fəaliyyəti sübuta yetirdi, din adı altında təşkilatlanmaq və dövlətin içərisinə yerləşmək təhlükəli bir tendensiyadır. Adnan Oktar olayı da göstərdi ki, FETO-dan başqa da oxşar fəaliyyət göstərərək, həm dini gözdən salmaq, həm də bundan dövlətə qarşı istifadə üçün yararlanlar var. Adnan Oktarla bağlı düşüncələriniz nədir və Türkiyədə digər din adı altında təşkilatlanmalar da varmı?
- Bir sıra irili-xırdalı təşkilatlanmalar ola bilər. Dövət də bunun üzərinə gedir. Bunlardan ən populyar olanı Adnan Oktar hərəkatı idi. Onunla bağlı olaraq da 11 iyulda başladılan bir əməliyyat var. Orada da dövlətimiz nə lazımdırsa, onu da edəcək. Bu tipli təşkilatlar terror xarakterli, bundan başqa cinayət şəbəkəsi üçün də qurulmuş ola bilər. Bütün bunlarla dövlətimiz qətiyyətlə mübarizə aparacaq. Terror təşkilatlarına, bu cür cinayətlərə heç bir halda güzəşt etmək, xoş baxmaq olmaz. Bunlara müsbət yöndən yanaşmaq müzakirə mövzusu deyil. Çünki terror təşkilatının bir hədəfi var, bu, insalnarın həyatına, rahatlığına və dövlətlərin təhlükəsizliyinə zərbədir. Bir neçə gün öncə Gəncədə yaşanan bir sıra hadisələr var. Bunlar da Azərbaycan dövlətini hədəf alan fəaliyyətlərdir. Bunlara əsla güzəşt edilməməlidir. Bunun adı terrordur. Terrorun dini, milləti olmaz. Terrorçu hər yerdə terrorçudur və bütün terror aktları ən şiddətli şəkildə qınanmalıdır. Yeri gəlmişkən Gəncədə şəhid edilən polislərimiz üçün bütün Azərbaycan xalqına başsağlığı verir və bu terror aktını da şiddətlə lənətləyirəm...

Əli Zülfüqaroğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv