Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
TÜRK DÜNYASI

Çavuşoğlu Brüsseldə Paşinyanı necə təbrik etdi?

<b>Çavuşoğlu Brüsseldə Paşinyanı necə təbrik etdi?</b>

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüssel sammitində Nikol Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, erməni nümayəndə heyəti sammitin keçirildiyi zalda oturan zaman türk nazir əvvəlcə sürətlə onların yanından keçib, daha sonra isə geri qayıdaraq, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyana yaxınlaşıb. Bundan sonra isə Çavuşoğlu Paşinyan və nümayəndə heyətinin digər üzvləri ilə görüşüb:
“O, mənimlə tanış oldu və dedi ki, Ermənistandakı prosesləri diqqətlə izləyib və bu barədə kifayət qədər məlumatı var. Daha sonra isə Çavuşoğlu məni baş nazir seçilməyim münasibətilə təbrik etdi. Bundan başqa heç bir kontaktımız olmayıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv