Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
TÜRK DÜNYASI

Ərdoğanın yeni hökuməti lirəni qoruya biləcəkmi?

<b>Ərdoğanın yeni hökuməti lirəni qoruya biləcəkmi?</b>

İki gün öncə Türkiyədə 1 dollar tarixi maksimuma - 4.97 türk lirəsinə bərabər oldu

Hazırda Türkiyədə ən ciddi müzakirə olunan məsələlərdən biri də yeni hökumətin və idarəetmə üsulunun lirənin ucuzlaşmasına qarşı aparacağı islahatlardır.
Məsələ ilə bağlı saytımıza danışan iqtisadçı alim Vüqar Bayramov bildirib ki, lirənin dollara və avroya nisbətən dəyər itirməsi gözlənilən idi:
“Lirə xarici valyutalara, xüsusilə, dollara nisbətən dəyərsizləşməkdədir. Lirənin dəyər itirməsinin açıq səbəblərindən biri investisiyanın Türkiyəni tərk etməsidir. Xüsusilə də Avropa, ABŞ-ı təmsil edən investorların Türkiyədən çıxışı müşahidə olunur. İnvestisiyanın Türkiyəni tərk etməsi nəticə etibarı ilə lirənin məzənnəsinə təsir göstərir. Bütün bunlar xarici valyutalara olan tələbin ödənilməsində çətinlik yaradır. Biz yalnız son 1 ilə baxsaq, 1 il öncə 1 dollar almaq üçün 3,5 lirə ödəmək lazım idisə, hazırda bu rəqəm 37% bahalaşıb. Hətta 2 illik və 5 illik tendensiyalara baxsaq, burada da lirənin ucuzlaşması daha aydın şəkildə görünür”.
İqtisadçı vurğulayıb ki, lirənin yenə dəyər itirəcəyi proqnozlaşdırılır:
“Hökumət çalışacaq ki, lirənin kəskin ucuzlaşmasına yol verməsin. Güman olunur ki, Türkiyə hökumətinin indiki məqsədi daha çox lirənin kəskin ucuzlaşmasının qarşısını almaqdan ibarətdir. Amma lirənin mərhələli şəkildə ucuzlaşma prosesinin davam edəcəyi istisna edilmir. Birmənalı şəkildə Avropa Birliyi əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Türkiyənin yeni hökumətinin Avropa ilə münasibətlərinin yaxşılaşması prioritet olmalıdır. Türkiyə hökuməti Avropa Birliyi, xüsusilə Almaniya ilə siyasi və iqtisadi münasibətlərin yaxşılaşmasına nail ola bilərsə, bu, lirənin məzənnəsinin stabilləşməsinə gətirib çıxarar. Türkiyə üçün imkan yaranar ki, yenidən ölkəyə investisiya cəlb edə bilsin. Bu halda təbii ki, biz lirənin məzənnəsinin stabilləşməsini müşahidə edə bilərik”.
İqtisadçı qeyd edib ki, Türkiyənin yeni hökumətinin ixracı təşviq etməsinə də ehtiyac var:
“Əgər ixracın təşviq edilməsi siyasəti həyata keçirilərsə və Türkiyə inkişaf etmiş ölkələrə ixracatını artırarsa, bu, ölkəyə daha çox valyutanın daxil olmasına və nəticədə lirənin stabilləşməsinə gətirib çıxara bilər. Bu baxımdan lirənin növbəti dövrlərdə möhkəmlənməsi ehtimalı birbaşa yeni hökumətin həyata keçirəcəyi siyasətdən asılı olacaq”.
Qeyd edək ki, bu gün dollar 4,86 lirəyə qədər geriləyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv