Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...

<b>NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...</b>

11 iyul Azərbaycanın xarici siyasət maraqları baxımından əlamətdar tarixi gün sayıla bilər. Nəhayət, regional risklər və Ermənistanı Rusiyadan qoparmaq planlarına aludə olan avroçinovniklər postsovet məkanına vahid standartla yanaşmaya dair razılaşmaya gəldilər

Prezident İlham Əliyevin İttifaq Şurasının rəhbəri Donald Tuskla çiyin-çiyinə dayanaraq, razılıq hissiylə müşayiət etdikləri “Əməkdaşlıq prioritetləri” sənədində Qarabağla bağlı bundan sonra heç bir hüquqi spekulyasiyalara yer qoymayan müddəalar öz əksini tapdı.
Cəmi 5 il qabaq Moldova və Gürcüstana açıq dəstəyin, Ukraynanın bütövlüyü uğrunda az qala silahlı mübarizənin səngərində keşik çəkən qoca qitənin strateqləri Cənubi Qafqazdakı daşların yerini düzgün müəyyənləşdirmədən qonşuluq siyasətinin bəhrə verməyəcəyinə əmin oldular.
Ermənistanın xarici işlər naziri inqilabdan sonra yeni ampulada qəbul olunan Paşinyan hökumətinə NATO və İttifaq salonlarında əlahiddə bir simpatiyanın olduğunu zənn edib, son deklarasiyalarda kəskin formulaların olmağacağını düşünürdü. Hətta açıq təhdid diliylə danışaraq, onların maraqlarını tanımayacaqları təqdirdə zirvə görüşünə getməyəcəklərini bəyan etmişdilər. Lakin olmadı. Necə deylərlər, məxməri dəyişikliyə görə arzulanan mükafatı Qarabağdan çıxarmaq ideyası iflasa uğradı. Yəqin ki, Mnatsakanyanın İrəvanda verəcəyi şərhlər Sərkisyan rejiminin təmsilçilərindən elə də fərqlənməyəcək. Yəni, “Qərb Azərbaycanın nəhəng enerji ehtiyatlarından vaz keçməmək üçün Bakının torpaq bütünlüyü ilə bağlı tələblərinə boyun əyir”. Halbuki belə iddiaların əsassız olduğu Nalbəndyanın sələfinə yaxşı bəllidir. Belə ki, Avropada və Atlantik dünyasında siyasi, hərbi elitaya karbohidrogen ehtiyaları ilə təsir göstərmək mümkün olsaydı, Rusiya və İrandan güclüsünü tapmaq çətin olardı. Gördüyünüz kimi, hər iki regional güc son illər məhz təbii sərvətlərinin əli ilə vurulur.
NATO və Avropa Birliyinin Qarabağı mübahisəli ərazilər kimi tanıması, tərəddüdlü mövqe sərgiləməsi Ermənistanın azğınlığını daha da artırırdı. Səhv etmirəmsə, Bolqarıstanın prezidenti son sammitdə demişdi ki, Amerika liderinin hərbi xərcləri artırması tələbi başadüşüləndir, lakin təhlükəsizliyi satın almaq mümkün deyil. Doğru fikir deyil. Bizim regionda uzun onillər ərzində Ermənistan müstəqilliyi itirməsi bahasına məhz özünə hərbi müdafiə istehkamı düzəldib, sərhədlərinin qorunmasını rus ordularına tapşırıb və 2-ci dövlət qurmaq planını da məhz suverenlikdən imtina hesabına əldə edib. İndi NATO-da yaxşı yer qazanamq istəyən Paşinyan dərk etmir ki, Brüsseldə ona təqdim olunan çələngin qarşılığı Kreml tərəfindən mütləq veriləcəkdir.
Doğrudur, Gürcüstanı hələ öz çətiri altına almağa nail olmayan bir hərbi-siyasi təşkilat Qarabağa qoşunlarını yeridəsi deyil. Lakin Azərbaycanı gah Moskva ilə münasibətlərinə, gah da Tehranla əlaqələrini pisləşdirmədiyinə görə cəzalandırmaq siyasətindən imtina edilməsi aksiomaya çevrilib.
Cənubi Qafqazın geopolitikası Brüsssel tərəfindən təktərəfli qaydada dəyişilə bilməsə də, son hadisələr sübut edir ki, strateji planda bir intensivləşmə və hərəkətlənmə var. Obamanın gəlişi ilə Birləşmiş Ştatların bölgədə aktivliyi ən aşağı həddə düşmüşdü. İndi yenidən Vaşinqton və Brüsselin emissarları məxfi qovluqları dövriyyəyə qayatararaq, Bakıya yola düşməyə hazırlaşırlar.
4 günlük aprel döyüşlərindən sonra beynəlxalq məkanda qazanılan ən böyük diplomatik uğur NATO və Avropa İttifaqından gəldi. İndi Tramp və Putin arasında keçirilən tarixi görüşün nəticələrindən asılı olaraq, Cəbuni Qafqazın siyasi “yol xəritəsi” köklü dəyişikliyə məruz qala bilər. Gəncədəki ayaq səsləri də böyük oyunların tərkib hissədir. Səhnə hələ tam açılmayıb.
Növbəti qısaqapanmadan sonra gerçək oyunçuların sifəti daha aydın görünəcək. Ona görə də bir günlük qaranlıqlar təhlükəli deyil, əsas beyinlərdəki və zəkalardakı işığı hər zaman qoruyub saxlamaq gərəkdir!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv