Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?

<b>Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?</b>

10 iyul tarixində axşam saatlarında Gəncədə 2 polis zabitinin öldürülməsi ilə nəticələnən hadisələr həm də olay yerindən təxribat xarakterli, qızışdırıcı video yayan “Hədəf14” saytının əməkdaşı Xatun Etibarqızının çəkib yayımladığı görüntülərlə yadda qaldı

Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında, gəncəlilərin toplaşdığı deyilən parkda telefonu ilə çəkiliş aparan xanım jurnalistin paylaşdığı video elə ilk dəqiqlərdən heç də birmənalı qarşılanmadı və əslində hadisələrin həddən artıq şişirdilərək, hiss-həyəcan qatılaraq görüntüləndiyi aydın oldu.
Görüntülərdən məlum olur ki, xanım hadisəni olduğundan daha mübaliğəli təqdim edir. X.Etibarqızı çəkiliş əsnasında rabitəsiz olaraq fərqli istiqamətlərə qacdığı aydın görünür. Çəkiliş zamanı tez-tez “Gəncə camaatı polisi meydandan qovur”, “Gəncəlilər polisi qovaraq ərazidən uzaqlaşdırır” kimi ifadələr işlətsə də, görüntülərdən parkda gəzişən sakinlərin polisi qovduğunu göstərən bir kadr da yoxdur. Xanım müxbirin rabitəsiz hərəkətləri, fərqli istiqamətlərə qaçması, heç nə olmadığı halda öz-özünə qəribə səslər çıxarması çəkdiyi görüntülərlə üst-üstə düşmür. O, üzünə polis tərəfindən bibər qazı sıxıldığını deyib dəfələrlə öskürsə də, yaxınlıqda polis olmadığı görünür. Hətta qeyd edir ki, guya polisin onun üzünə və vətəndaşlara sıxdığı maddə bibər qazı deyil, daha kəskin və fərqli bir qazdır.
Xanım müxbirin çəkilişi apardığı əsnada əvvəlcə bir polis zabitinin, daha sonra isə iki polis zabitinin xəncərlə vurularaq öldürüldüyünü bildirir. Lakin xanım çəkiliş apardığı əsnada ona polislərin öldürülməsilə bağlı məlumatları haradan aldığı və kim tərəfindən verildiyi məlum deyil. Maraqlıdır ki, müxbirin çəkdiyi kadrlarda polislərdən hansısa öldürülmə görüntüsü də yoxdu.
Çəkib hiss və həyəcanla təqdim etdiyi təxribat xarakterli, qızışdırıcı videodan sonra daha da məşhurlaşan xanım mediaya o qədər də yad biri deyil.
Xatun Etibarqızı mediada çox nadir rastlanan hicablı xanımlardandır. O, “Nardaran hadisələri"nə görə təqsirləndirilən və 20 il azadlıqdan məhrum edilən “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadə ilə uzun müddət bir yerdə çalışıb. Radikal və dini fikirləri ilə daim seçilən X.Etibarqızı hazırda bir vaxtlar Azərbaycan İslam Partiyasının sədrəvəzi olan Elçin Əzizağa oğlu Manafovun adına qeydiyyatdan keçmiş “Hədəf14.az” saytında baş redaktor vəzifəsini icra edir.
Gəncədən "qırğın-qiyamət" reportajı hazırlayan “Hədəf14.az” saytı İranın buradakı ruporlarından biri hesab edilir. Maraqlıdır ki, sayt baş verən hadisənin tarixini də "26 şəvval 1439" kimi qeyd etmişdi.
Xatırladaq ki, 10 iyul tarixində dini yönümlü bir qrup radikal şəxs Gəncədə aksiya keçirərək, öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid edib.
Xaricdən maliyələşən bəzi media qurumları isə bu olaylardan qızışdırıcı rolunda iştirak ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv