Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SİYASƏT

Gəncə olayı: Qatilləri bu işə sövq edənlər... – Komitə sədri

<b>Gəncə olayı: Qatilləri bu işə sövq edənlər... – Komitə sədri</b>

İqtisadi, siyasi, ictimai sabitlik bütün ölkələr üçün olduğu kimi bizik üçün də vacibdir. Sabitliyin qorunmasında hüquq mühafizə orqanları, medianın rolu çox vacibdir

Hesab edirəm ki, medianın milli maraqlar məsələsində həmrəyliyini görürük, bu da vacib məsələlərdən biridir.
Bu sözləri Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər:
“Din amilindən istifadə edərək ictimai siyasi sabitliyi pozamağa cəhdləri zaman zaman hiss edirik. Son dövrlər bu məsələ qabarıq şəkildə özünü göstərir. Azərbaycanda din həssas mövzudur, əhalinin 96 faizi islam dininə inanır. Bu terroru törədənlərin ailələri, özləri araşdıranda onların dinə aid olmadığı görünür. Onlara xarici qüvvələr tərəfindən sövq edilir. Onlar müxtəlif ziyarətgahlara aparılır, fotolar yayılır bununla da əməllərini din adı altında törətməyə çalışırlar. Bu qruplara qarşı hüquq-mühafizə orqanları araşdırma aparır. Bunu araşdıranda həmin şəxslərin müəyyən qruplarla əlaqəsi görünür”.
M.Qurbanlı bildirib ki, medianın bu mövzuları işıqlandırmasında da diqqət edilməli olan məqamlara toxunub:
“Hər dəfə bu mövzudan yazanda bunu dini radikal qruplar yazmağa ehtiyac yoxdur. Beynəxalq mediada yanlış olaraq islamla teror birlikdə səsləndirilir. Bu gün biz də bu cür terror hadisələrini islamla əlaqələndirməklə islamı terrorla bağlamış oluruq. Din adı altında gizlənən qruplar ifadəsini işlətsək daha doğru olar. Dinin arxasında radikal sözü gəlirsə, o heç zaman din ola bilməz.Dinin çağırmadığını dinə bağlamaq doğru deyil İŞİD-i geniş şəkildə təhlil etsək onun da dinlə bağlı olmadığını görərik. Dini tam inkar edən ateitlər cəmiyyətimizdə çox deyil.
Apardığımız monitorinqlər nəticəsində məlum olur ki, Gəncə əhalisinin 4 faizi dini ayinlərin icrasında iştirak edirdi. Bunun səsləndirməyimin səbəbi Gəncədəki hadisələrin dinə bağlı insanların çox olması ilə əlaqələndirilməsidir. Halbuki digər regionlarda dinə bağlı, dini ayinləri icra edənlərin sayı daha çox olur. Mediada bu mövzulara toxunanda əsl dini dəyərlə bunu bürünən ekterimizsrt qurpları ayırmalıyıq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv