Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Onların Azərbaycanla bağlı niyyətləri bəllidir – Amaşov

<b>Onların Azərbaycanla bağlı niyyətləri bəllidir – Amaşov</b>

Gəncə hadisələrin daha çox İran yönümlü saytlarda kifayət qədər şişirdilməsi, insanlarda bu məsələnin arxasında müəyyən mərkəzlərin olduğunu düşünməyə əsas verir

Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Ə.Amaşov Ərəb ölkələrində son illərdə yaşanan hadisələrə diqqət çəkib:
“XXI əsr ictimai-siyasi həyatda yeni istiqamətlər yarandı. Ərəb ölkələrində baş verən hadisələrdə sosial şəbəkələrin rolunu görürük. Son dövrlər Azərbaycanda baş verən hadisələrdə də sosial mediada müzakirələri müşahidə edirik. Bu gün Azərbaycanda sosial şəbəkələrdə milyonlarla insan var. Təəssüf ki, Azərbaycanla bağlı bir sıra neqativ məqamlar məhz sosial şəbəkələrdə yayılır. Kiçik dini qrupların Azərbaycanla bağlı niyyətləri bəllidir. Onların Azərbaycan ictimai-siyasi həyatına təsiri çox zəifdir. Baş verən son hadisələrdə islam dininindən istifadə edən qrupların fəaliyyət göstərdiyini unutmamalıyıq. Xaricdə yaşayan qüvvələr müxtəlif yollarla Azərbaycanda ictimai-siyasi birliyi pozmağa çalışırlar. Azərbaycan mediasında olan şəxslər bunu yaxşı görür. Çünki mediamızda çalışanlar, redaktorlar kifayət qədər ağıllı insanlardır. Onlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi fəaliyyətlərini düzgün qurur. Bundan sonra da bu istiqamətdə işləyəcəklər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv