Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Türkiyədəki çevriliş cəhdi və Gəncə olayı... – Səfir

<b>Türkiyədəki çevriliş cəhdi və Gəncə olayı... – Səfir</b>

2016-cı ildə iyulun 15-də 251 qardaşımızı şəhid verdik. 15 iyul bizim milli dastanımızdır. Xəyanət şəbəkəsi onlara xidmət edən hər şeyi mübah görüb dinimizi belə istismar etdi. Halbuki bu adamlar nə müsalman idilər, nə də İslama bağlılıqları vardı

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin gecə türk milləti demokratiyaya sahib çıxdı:
"Bütün dünyaya bir daha sübut elədi ki, bu dövləti şərəfsizlərə əsla buraxmarıq. Millətimiz dövlətimizə sonsuza qədər sahib çıxacaq. Mən şəhidlərdən Mahmud Coşqunsu barədə bir məqamı vurğulamaq istərdim. Onn həyat yoldaşı Nigar xanım azərbaycanlıdır. Mahmud Coşqunsunun Türkiyə uğrunda canından keçməsi bir millət iki dövlət olduğumuza örnəkdir. Sevincimiz də kədərimiz də birdir. Bu günlərdə İslamla heç bir aidiyyatı olmayan bəzi faktorlar Azərbaycanda 15 iyulda olduğutək oyun qurmağa çalışdılar. Bu şərəfsiz şəbəkələr bilməlidirlər ki, Türkiyə də, Azərbaycan da onları əzib yox edəcək gücdədir. Bizlər bu xainlərin, FETÖ şərəfsizlər sürüsünün necə yox olacağını yaxın zamanda görəcəyik".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv