Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
SİYASƏT

“15 iyul növbəsinə Azərbaycan bayraqları ilə getdim”

<font color=red><b>“15 iyul növbəsinə Azərbaycan bayraqları ilə getdim”</b></font>

Hülusi Kılıç: “Bizim sevdamız bazara qədər yox, məzara qədərdir”

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç Azadinform-a müsahibə verib. Azərbaycan sevdalı keçmiş səfirin əməkdaşımızın suallarına verdiyi cavabları təqdim edirik:

- Hülusi bəy, seçkidən sonra əhvalınız necədir? Azərbaycanın mövqeyini necə dəyərləndirirsiniz?

- Azərbaycanın mövqeyi nəinki 15 iyulda, seçkilərdən sonra da bizim ürəyimizcə oldu. Prezidentimizi ilk olaraq cənab Əliyev təbrik elədi. Düşünürəm ki, bu, dünyaya örnək olacaq qardaşlıq nümunəsidir. Azərbaycan yaxşısı və pisiylə bizimdir. Can Azərbaycan kəlməsi dilimizdən yox, bağrımızdan çıxır. Bir sözüm var, kimsə sahiblənməsin, kimsə də unutmasın: Digər Türk dövlətləri ilə Türkiyə qardaşdır, amma Azərbaycan bizim əkiz qardaşımızdır. Bu, mənim sözümdür – Azərbaycan və Türkiyə əkiz qardaşdır.

- Dünən iki ili tamam olan 15 iyul hadisələrinin acısı dindimi?

- Bu, ancaq xain FETÖ liderinin həbs olunması nəticəsində mümkün olacaq. 250 vətəndaşımızın qanı yerdə qalmayacaq. Eləcə də minlərlə qazimizin qisası alınacaq. Dövlətimiz, prezidentimiz bu məsələdə qəti qərarlar qəbul edir. Həlli üçün çalışır. O xainlər 15 iyul hadisəsini törətmək üçün əlli il plan cızdılar, köklərini qazımaq da müəyyən vaxt aparacaq. Mən Azərbaycana, cənab prezidentimiz İlham Əliyevə təşəkkür edirəm, ölkəsindəki FETÖ məktəblərini, media qurumlarını bağladı. Bu bizə görə qardaşlığın ən böyük sübutu idi. Biz Türkiyədə yaşayan türk xalqı olaraq, Azərbaycanda yaşayan türk xalqına minnətdarıq.

- Bu, bizim qardaşlıq borcumuzdur. Siz Türkiyə respublikasının Moldova səfiri idiniz. Sonra da hakim partiyadan millət vəkilliyinə namizəd oldunuz. Təəssüf ki, seçilə bilmədiniz. Bu sizi üzdümü?

- Nəticə etibarilə bu, qismət məsələsidir. Seçilən dostlara fəaliyyətlərində uğurlar arzu edirəm. Bizi başqa işlər gözləyir. Siz də yaxşı bilirsiniz, mən Azərbaycanda, Moldovada tarix yazdım, inşallah başqa işlərdə də canla-başla təmsil olunacağam. Bu da artıq partiyamızın və cənab prezidentimizin qərarına bağlıdır.

- Belə çıxır ki, Hülusi bəy siyasətdən getməyib.

- Xeyr. Hülusi Kılıç əməkli ola bilməz. Hələ gəncdir, yeni-yeni planları var. Biz hələ çox işlər görəcəyik. Hamı bilir ki, mən dövlətimə çox gözəl xidmət etmişəm, yenə də edəcəyəm.

- Siz bu xidmətin qarşılığında həm də sevgi qazandınız.

- Sevgi həyatın sərmayəsidir. Ən gözəl məqam könül məqamıdır, oranı qazansanız həmişə orda qalacaqsınız. Sizin də dediyiniz kimi, biz könül qazandıq, sevgi qazandıq, qəlblərə girdik. Nə qədər ki, sağam, Türk milləti üçün çalışacağam. Mən Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr baş koordinatoruyam. Burda da mənə çox iş düşür, irəliləyən günlərdə buna şahid olacaqsınız.

- Oğlunuz İlkər Kılıç Dubay baş konsulu təyin olundu. Görəsən o da sizin kimi Azərbaycanı sevirmi?

- Mənim ailəmin hamısı Azərbaycan sevdalısıdır. Oğlum, xanımım, bütün ailəm. Mən Azərbaycandan qopmaram. 15 iyul demokratiya növbəsinə Azərbaycan bayraqları ilə getdim. Bizim sevdamız bazara qədər yox, məzara qədərdir.
Azərbaycana salamlarımı çatdırıram. Tezliklə Bakıda görüşəcəyik.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv