SİYASƏT
Xəzərin taleyi həll olunur: sammitin yeri və tarixi…

Xəzəryanı ölkə başçılarının görüşü avqustun 12-də Qazaxıstanın Aktau şəhərində baş tutacaq
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Kayrat Abdrəhmanov deyib. O, hazırda Xəzəryanı ölkələrin xarici işlər nazirliklərinin sammitə aktiv hazırlaşdıqlarını bildirib.
Nazirin sözlərinə görə, tərəflər sammitdə iştirakını diplomatik kanallar vasitəsilə təsdiqləyib.