Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

ABŞ Bakı ilə İrəvanı barışdırır: Ağ Evin sensasiyalı planı

<b>ABŞ Bakı ilə İrəvanı barışdırır: Ağ Evin sensasiyalı planı</b>

ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyir

Publika.az xəbər verir ki, bu iddia ilə fransalı şərhçi Olivye Morel çıxış edib.
Onun fikrincə, amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə Dağlıq Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır:
“Ermənistanın yeni baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa hazırdır. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür, Ermənistan Ağ Evin ciddi nəzarəti altındadır”.
Ekspert qeyd edir ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın aparıcı vasitəçi olmasını da sıradan çıxarmaq və özünün əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir.
“Ruslar “Lavrov planı” ilə münaqişəni həll etmək və dominantlığı qorumaq niyyətindədir. ABŞ isə buna qarşı öz variantlarını hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi deyil. ABŞ milli təhlükəsizlik layihəsinin analitiki Daniel Trumanın fikrincə, Ermənistan dünyanın ən təhlükəli regionunda strateji mövqeyə sahibdir. Belə ki, bu ölkə Ön Asiya və Avropaya çıxışı bağlayaraq, Cənubi Qafqazda türklərə qarşı İranın tarixi müttəfiqidir. Bu gün Ermənistan İranın yeganə sakit sərhədidir. Tehran Ermənistanı fars imperiyasının müvəqqəti itirilmiş ərazisi kimi qəbul edir. Ona görə də ötən il Ermənistanın Gürcüstanda və Rumıniyada keçirilən NATO təlimlərimdə iştirakını kürəyə zərbə olaraq qiymətləndirdi. Ermənistan üçün regionda İrandan başqa müttəfiq yoxdur. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə ittifaq qurur, İrəvan üçünsə yeganə yol Tehran qalır. İrana hücuma hazırlaşan ABŞ üçün Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən birini seçmək lazım gələcək. Lakin amerikalı ideoloqlar münaqişəni həll edərək, İrana qarşı regionda koalisiyanı gücləndirmək istəyirlər. Şimali İranda pantürkizm əhval-ruhiyyəsi güclüdür və artıq orada vəziyyət lazımi formada közərdilib. Bu bölgədə mərkəzdənqaçma meylləri ABŞ-ın qurduğu koalisiya ilə birlikdə İrana hücumunu tezləşdirə bilər”, - deyə o vurğulayıb.
O.Morel Ermənistanda hakimiyyət dəyişikliyinə diqqət çəkərək, bunun ABŞ-ın planı olduğunu qeyd edib:
“Ermənistandakı çevriliş Rusiyanı çətin vəziyyətə saldı. Moskva indi İrəvan və Bakı arasında seçim etməlidir ki, bu da onun mövqelərinin zəifləməsi ilə nəticələnəcək. Türkiyə hazırda Azərbaycan kimi İranla yaxşı münasibətlərə malikdir. Gürcüstanın İranla sərhədi yoxdur. Tamamilə məntiqlidir ki, ABŞ Ermənistanda siyasi rejimi dəyişdirərək, regionda özünün forpostunu yaradır. ABŞ faktiki olaraq, regionda Rusiya və İrana qarşı qoya biləcək ölkə axtarır. ABŞ-ın Rusiya və İranla münasibətlərinin sonrakı eskalasiyası Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artıracaq. Amerika müharibənin müstəvisini genişləndirmək üçün strateji rəqiblərinə problemlər yaratmağa davam edəcək. Təbii ki, bunun uğurlu olub-olmayacağını zaman göstərəcək. Digər tərəfdən, Rusiyanın dəfələrlə bölgədə qurulan oyunu pozmağı bacarıdığı unudulmamalıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv