Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
İQTİSADİYYAT

İtaliya ilə iqtisadi əlaqələr genişlənir

<b>İtaliya ilə iqtisadi əlaqələr genişlənir </b>

İyulun 18-də Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib

Tədbirdə Azərbaycan və İtaliya tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, tikinti, kənd təsərrüfatı, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi məqsədilə görülən işlər, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib. Qeyd edilib ki, indiyədək ölkəmizdə 100-ə yaxın İtaliya şirkəti qeydiyyatdan keçib. Azərbaycan-İtaliya əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Bildirilib ki, Azərbaycan-İtaliya əlaqələrinin genişləndirilməsi və iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə indiyədək 18 biznes forum və işgüzar görüş keçirilib, 2015-ci ildə Azərbaycan ilk dəfə olaraq İtaliyada keçirilən “Milan Expo 2015” sərgisində milli stendlə təmsil olunub. İkitərəfli əlaqələrin genişlənməsində Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının rolunu qeyd edən Rüfət Məmmədov Komissiyanın 4 iclasının keçirildiyini diqqətə çatdırıb.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir və bu əlaqələrin inkişafı üçün imkanlar genişdir.
Tədbirdə Azərbaycan və İtaliya arasında enerji, infrastruktur, nəqliyyat və logistika, aqrar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib.
Dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə “Enerji və yaşıl texnologiyalar” mövzusunda keçirilmiş Dəyirmi Masada Azərbaycan və İtaliyanın energetika sahəsində fəaliyyət göstərən müəssisələri arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, şirkətlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Azərbaycan-İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb. Dəyirmi Masada ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətləri, Azərbaycanın bərpa olunan enerji və “yaşıl texnologiyalar” sahəsində potensialının bir çox layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığı vurğulanıb.
“İnfrastruktur, nəqliyyat və logistika” Dəyirmi Masasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb, Azərbaycanda yaradılmış əlverişli infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaratdığı imkanlar və digər məsələlər barədə məlumat verilib və bu imkanlardan yararlanmaqla əlaqələrin genişləndirilməsi müzakirə edilib.
“Aqrosənaye və kənd təsərrüfatının transformasiyası” mövzusunda keçirilən Dəyirmi Masada isə hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə qabaqcıl texnologiyaların tətbiq olunmasına, ixracın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib. Dəyirmi Masada müvafiq dövlət orqanlarının, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. Dəyirmi Masada kənd təsərrüfatı sahəsində əməkdaşlığın, eləcə də ixracın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv