Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Nikol Bakının qara siyahısındakı şəxsə vətəndaşlıq verdi

<b>Nikol Bakının qara siyahısındakı şəxsə vətəndaşlıq verdi</b>

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa parlamentinin eks-deputatı Fransua Roşbluanla görüşüb

Bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Paşinyan görüş zamanı Roşbluana Ermənistan pasportu verib. O, Roşbluanın Ermənistan vətəndaşlığını almasının Ermənistan-Fransa əlaqələrinin gücləndirilməsində eks-deputat üçün yeni stimul olacağına əmin olduğunu bildirib.
Qeyd edək ki, Roşbluan erməni lobbisi ilə sıx əlaqələri olan şəxsdir. O, Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışanlardan biri hesab edilir. Fransa-Qarabağ dostluq qrupunun sədri olan eks-deputat dəfələrlə Bakıdan heç bir icazə almadan Qarabağa səfərlər edərək, burada separatçı rejimin lideriylə görüşüb.
O, 2015-ci ilin mayından Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv