Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

İordaniya şahzadəsi Cocuq Mərcanlıda

<b>İordaniya şahzadəsi Cocuq Mərcanlıda</b>

İordaniya şahzadəsi Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib

APA-nın xəbərinə görə, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, şahzadə Mirad bin Raad əl-Hüseyni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA nümayəndələrinin müşayiəti ilə bu gün Cocuq Mərcanlıda olub. Onu Cəbrayıl və Füzuli rayon İH icra başçıları qarşılayıb.
Qonaq Cocuq Mərcanlı sakinləri ilə söhbət edib, kənd məktəbi ilə tanış olub, məscidə gedərək axundla görüşüb. O, işğaldan sonra rayon ərazisini tərk etməyən kənd sakini Oktay Həziyevin qonağı olub.
Mirad bin Raad əl-Hüseyni bildirib ki, Cocuq Mərcanlı kiçik olsa da, gözəl inşa edilib:
“Burada gördüyüm bütün şərait - infrastruktur çox yüksək səviyyədə təşkil olunub. Bu, dövlətin nailiyyətidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv