Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

MDB ölkələri polislərini Bakıya göndərdi - Prezidentdən müraciət

<b>MDB ölkələri polislərini Bakıya göndərdi - Prezidentdən müraciət</b>

Bakıda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclası işə başlayıb

11:18
Axar.az xəbər verir ki, iclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi, MDB ölkələrinin Daxili İşlər nazirliklərinin (polis) əməkdaşlığının bir sıra digər aktual istiqamətləri, eləcə də terror və (və ya) beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrin ərazilərində silahlı münaqişələrdə iştirak edən şəxslərə münasibətdə informasiya mübadiləsi, MDB ölkələri DİN orqanlarının Birlik ölkələri ərazisində müasir informasiya texnologiyaları sahəsində törədilən yeni cinayət növlərinə qarşı mübarizə üzrə koordinasiyalı hərəkətlər mexanizminin bazasının təkmilləşdirilməsi məsələlərinin nəzərdən keçiriləcəyi planlaşdırılır.
DİNŞ-nin iclası zamanı təşkilata sədrlik Azərbaycana keçəcək.
İclas çərçivəsində həmçinin MDB-yə üzv dövlətlərin avtonəqliyyat vasitələrinin oğurluğuna qarşı mübarizə və 2005-ci il noyabrın 25-dən onların geri qaytarılmasının təmin edilməsi üzrə əməkdaşlığı haqqında sazişə dəyişikliklər edilməsi barədə protokolun imzalanması da planlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli iclas iştirakçıları!
Sizi Azərbaycanda salamlayır və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının işində uğurlar arzulayıram.
Bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir.
Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin etmişdir. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artmışdır.
Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar.
Bu məsələlərdə müvafiq beynəlxalq qurumlar, xüsusilə Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələr olduqca vacibdir. Biz bu nüfuzlu beynəlxalq təşkilatın milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı informasiya və texniki dəstəyini yüksək qiymətləndiririk.
Daxili işlər nazirləri Şurasının hazırkı iclasının Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan polisinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf etməsi əlamətdar haldır. Bu gün Azərbaycan, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə uyğun olaraq, güclü, müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməkdədir. Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində məhsuldar fikir mübadiləsinin aparılması ölkələrimizin rifahı naminə mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə əlavə təkan verəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv