Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MEDİA

Baş redaktorlar “Media klubu”nun üzvlərinin iddialarını əsassız sayırlar

<font color=red><b>Baş redaktorlar “Media klubu”nun üzvlərinin iddialarını əsassız sayırlar </b></font>

Prezident İlham Əliyevin milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. “Media klubu”nun bəzi nümayəndələri isə bu addımı tənqid ediblər

Baş redaktorlar isə bu iddiaları əsassız sayırlar.
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev “Xalq Cəbhəsi”nə bildirdi ki, son günlər mətbuatda və sosial şəbəkələrdə dövlətin mediaya ayırdığı yardımlarla bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, yenicə yaranmış və azsaylı qrupu təmsil edən “Media klubu”nun üzvləri iddia edirlər ki, dövlət çap mətbuatına yardımlar ayırmamalıdır, hətta bir az da irəli gedərək qəzetlərin bağlanması təklifini irəli sürürlər. Media nümayəndələrinin çoxsaylı hissəsi isə onların iddiaları ilə razılaşmır və əksinə, mediaya dəstəyin daha da gücləndirilməsinin tərəfdarları kimi çıxış edirlər. “Media klubu”nun üzvləri, yaxşı olar ki, tərəfdarı olduqları Qərbin mediaya münasibətindən nümunə götürsünlər. Belə ki, bəzi Qərb dövlətləri dəyərlərinin təbliği və qorunması naminə, maliyyə vəziyyəti zəif olan qəzetlərə yardım edirlər ki, onlar bağlanmasınlar. Media klubunun üzvləri qəzetlərin bağlanması təklifini səsləndirməkdənsə, qoy medianın inkişafı, problemləri, müasirliklə ayaqlaşmaları və sairlə bağlı öz təkliflərini irəli sürsünlər. Media ictimaiyyəti də bu təklifləri müzakirə etsin, əgər doğrudan da, ortada əhəmiyyətli bir fikir olacaqsa, üzərində düşünmək olar. Yoxsa, onların “qəzetlər bağlansın” iddiası ilə çıxış etməsi, birtərəfli müzakirələr aparılması mənasız təklifdən başqa bir şey deyil...”.
“Olaylar”qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qəzetlərə birdəfəlik yardımın ayrılması ilə bağlı imzaladığı sərəncama narazılıq edənlər də vaxtilə yardım alıb və onlar gündəlik çıxan qəzetlərinin xərclərinin nə qədər olduğunu və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan ayrılan pulun qəzetlərin tam xərcini ödəmədiyini yaxşı bilirlər. Etiraz edənlərin ədalətsiz olduğunu deyən baş redaktor söyləyib ki, gündəlik çıxan çap qəzetlərinin daim yenilənməyə, maddi-texniki bazalarının möhkəmləndirilməsinə ehtiyacı var: “Bu baxımdan səslənən fikirlər "mənə çatmırsa, qoy bunun əleyhinə gedim" prisinpi ilə deyilməsini düzgün hesab etmirəm. Çünki həmin şəxslər də media işçiləridirlər. Düşünürəm ki, narazı olanların sırasında vaxtilə dövlət başçısının yardımını alanlar bu cür vasitələrlə gündəmdə qalmaq istəyirlər. Onlar özlərini “ədalətli” mövqe tutduqlarını göstərməyə çalışırlar”.
Y.Oğuz qeyd edib ki, ölkə başçısı tərəfindən imzalanan sərəncam çap mediası üçün mühüm əhəmiyyət kəsb edir: “Yay mövsümü olduğu üçün çap mediasının satışı faktiki olaraq 2 ay müddətində dayanır. Amma buna baxmayaraq, hər gün qəzetlər çap olunmalı, gündəmdə olmalıdırlar. Bu baxımdan Dövlət başçısı tərəfindən qəzetlərə yardımla bağlı sərəncamına narazılıq edənlərin mövqeyini haqsız hesab edirəm”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqətə çatdırıb ki, dövlətin mediaya, eləcə də çap mediasına ayırdığı növbəti maliyyə yardımı, eləcə də çap mediasının dayandırılması ətrafında edilən çağırışları, ümumiyyətlə, klassik medianın ənənələrinə qarşı deyilən fikirləri əlbəttə ki, qəbul edilməz hesab edirəm: “Yəni doğru yanaşma kimi qəbul etmirəm. Azərbaycan dünyanın kiçik bir hissəsidir və dünyada baş verən media prosesləri şübhəsiz ki, Azərbaycana da təsir edir. Dünyada bu gün klassik media, çap media dəyərləri qorunursa Azərbaycanda nəyə görə qorunmamalıdır?
İkinci bir tərəfdən, çap mediasının özəlliyi ondan ibarətdir ki, bu yeni, müasir medianın sütunudur. Bu sütunu götürmək ətrafında çağırışlar edənlər anlamalıdırlar ki, belə olarsa, ölkədə uğursuz bir media sistemi yaranar. Hər halda hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil, məqbul qarşılana bilməz, ümumiyyətlə, qəbulolunmazdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv