Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
SİYASƏT

İşğal olunmuş ərazilərimizdə terror fəaliyyəti nəticə etibarilə MDB ölkələrində də qeyri-sabitlik üçün mənbə rolunu oynayır

<b>İşğal olunmuş ərazilərimizdə terror fəaliyyəti nəticə etibarilə MDB ölkələrində də qeyri-sabitlik üçün mənbə rolunu oynayır</b>

Birinci vitse-prezident Mehriban Əliyeva MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bir sıra mühüm məsələlərə toxundu. Hazırkı mərhələdə bu məsələlərin hər biri milli təhlükəsizliyimiz və cinayətkarlığa qarşı mübarizə baxımından mühüm aktuallıq kəsb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident qeyd etdi ki, hər şeydən öncə MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır:

“Doğrudan da məskun olduğumuz geostrateji rayonda qonşu regionlarla müqayisədə mühüm sabitlik fərqi var. Ancaq bu o demək deyil ki, bu sabitlik öz-özünə bərqərar olub. Şübhəsiz ki, cinayətkarlığın qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanılması MDB iştirakçıları olan dövlətlərinin hamısının milli naraqlarına uyğundur. Məz bu məqamlara diqqət çəkən Mehriban Əliyeva xüsusi olaraq vurğuladı ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Mehriban xanım Dağlıq Qarabağ probleminin həlli məsələlərinə də toxunaraq bir daha beynəlxalq hüququn da, tarixi reallığın da, ədalətin də Azərbaycanın tərəfində olduğunu bəyan edərək, bu problemin həll edilməsinin vacibliyini bildirdi".

Millət vəkili bildirib: "Hər kəsə bəllidir ki, bu gün Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında cinayərkarlıq, terror fəaliyyəti, narkobiznes üçün xüsusi muhit yaradılıb ki, bu da nəticə etibarilə MDB iştirakçıları olan ölkələrin ərazilərində də qeyri-sabitlik üçün mənbə rolunu oynayır. Ona görə də bu ərazilərin öz həqiqi sahibinə, Azərbaycana qaytarılması bütün MDB iştirakçılarının marağında olmalıdır. Bütövlükdə bu görüşdə Azərbaycanın MDB məkanında qabaqcıl mövqeyinə diqqət çəkilərək bu məkanın təhlükəsizliyinə ölkəmizin böyük töhfələr verdiyi bildirildi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv