Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Fransa ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın Aİ ilə də münasibətlərinə dərin təsir göstərə bilən amildir

<b>Fransa ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın Aİ ilə də münasibətlərinə dərin təsir göstərə bilən amildir</b>

Fransa ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın Aİ ilə də münasibətlərinə dərin təsir göstərə bilən amildir

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya səfəri rəsmi görüşlərin çərçivəsi və müzakirə edilən məsələlərin miqyası baxımından həm Azərbaycanla Fransanın, həm də Avropa İttifaqı ilə Azərbaycanın maraqlarına tam uyğun tarixi əhəmiyyətli səfərdir:

"Prezident İlham Əliyevin Parisdəki müzakirələri Azərbaycanı narahat edən bəzi məsələlərin həllinə daha yaxşı şərait yaratmaq və bəzi faydalı məsələlərin inkişafına geniş perspektiv açmaq kontekstində çox əhəmiyyətlidir. Bunu konkret istiqamətlərin üzərində də göstərmək olar. Fransanın çox nüfuzlu şirkətləri ilə aparılan söhbətlər onların nəzərində Azərbaycanın investisiya mühitinin cəlbediciliyinə olan marağı xeyli artıracaq. Nəticədə ölkəmizdəki Fransa kapitalının əhəmiyyətli dərəcədə artacağına və genişlənəcəyinə şübhə yoxdur. Avropanın böyük iqtisadiyyatlarından birinə malik Fransanın Azərbaycan iqtisadiyyatındakı üstün iştirakı daha müsbət nəticələr verəcək".

Ekspert əlavə edib ki, iki ölkənin regionları arasında əlaqələrin bundan sonra yeni inkişaf səviyyəsinə çıxacağı da şübhəsizdir: "Cənab Prezidentin Fransanın 15 şəhəri ilə Azərbaycan şəhərlərinin qardaşlaşmasını xüsusi vurğulaması bu istiqamətdə genişlənəcək böyük perspektivdən xəbər verir. Cənab Prezidentin parlament rəhbərləri ilə görüş və müzakirələrinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərini gücləndirəcəyinə şübhə yoxdur. Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və erməni lobbisinin təsiri altında dövlətimizin suverenliyinə qəsd edən parlamentarilər arasında fransızlar da olub. Bu mənada Prezidentin hər iki palata rəhbəri ilə müzakirələrinin deyilən istiqamətdə təsirli olacağına inanıram".

O vurğulayıb ki, iki ölkənin münasibətlərinin dərinləşməsi və Dağlıq Qarabağ probleminin həlli prosesinin sürətləndirilməsi nöqteyi-nəzərindən dövlətimizin başçısının Prezident Makronla apardığı müzakirələr xüsusilə önəmlidir:

"Yelisey sarayının görüsdən sonra yaydığı qısa məlumat danışıqlarda Prezident İlham Əliyevin Qarabağ problemi üzrə nə qədər səmərəli iş gördüyünü düşünməyə əsas verir. Fransa Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətləndirilməsində daha fəal rol oynayacağı ilə bağlı konkret və inamlı bəyanatından yeniliklər gözləməyə dəyər. Fikrimcə, bu səfərdən sonra tək Azərbaycan deyil, Fransa tərəfi də Azərbaycanla əməkdaşlığın çox geniş olan yeni potensiallarının işə salınmasına çalışacaq. Fransa ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın Avropa İttifaqı ilə də münasibətlərinə dərin təsir göstərə bilən faktordur. Bu mənada cənab Prezidentin Fransa səfəri həm də ölkəmizin Avropa İttifaqına inteqrasiyasında yeni keyfiyyət mərhələsi açmaq imkanlarına görə tarixi əhəmiyyətlidir".

A.Quliyev bildirib ki, imzalanmış saziş və razılaşmalar Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin dünyada artan nüfuzuna Fransanın xüsusi önəm verməsinin bariz sübutudur: "Erməni lobbisinin ənənəvi güclü olduğu bir ölkə ilə bu qədər yaxınlaşmanın Ermənistan-Fransa münasibətlərinə də təsir göstərəcəyi ehtimal olunur. Ermənistanda baş qaldıran qısqanclığın ilkin təzahürləri artıq özünü göstərməkdədir".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv