Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SİYASƏT

Mehriban Əliyevanın bu addımı çox vacib idi – Millət vəkili

<b>Mehriban Əliyevanın bu addımı çox vacib idi – Millət vəkili</b>

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etməsi yerində atılan addımdır

Bunu Trend-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, görüşdə Mehriban xanım Əliyevanın Azərbaycanla bağlı faktları, işğal altındakı ərazilərdəki vəziyyəti iclas iştirakçılarının diqqətinə çatdırması çox vacib idi:
"Mehriban xanım görüşdə səsləndirdiyi fikirlərlə MDB ölkələrinin nazirlərinə bir çağırış etdi. Bu, olduqca faydalıdır. Ermənistanın Dağlıq Qarabağdan çıxışı əsasən MDB dövlətləri üzərindən gerçəkləşir. Hər halda bu ölkələrin Dağlıq Qarabağda narkotik vasitələrin yetişdirilərək yayılmasının qarşısını almaq üçün Azərbaycanla birlikdə mübarizə aparması vacibdir. Mehriban Əliyevanın bu məsələdə fəallıq göstərməsi və faktları diqqətə çatdırması olduqca təqdirəlayiqdir".
İclasın Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu deyən F.Mustafa bildirib ki, ümumilikdə hər hansısa bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması baxımından mühüm bir addımdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv