Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

İrəvan Bakının silahlarından narahatdır: Savaşa hazırlaşır

<b>İrəvan Bakının silahlarından narahatdır: Savaşa hazırlaşır</b>

Ermənistan ordusu Azərbaycanla müharibəyə hazırlaşır

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan çıxış edib.
Erməni nazir iddia edib ki, Azərbaycan Ordusu təmas xəttində güclənmək istiqamətində addımlar atır:
“İstəmirəm ki, Ermənistan ictimaiyyətində bizim sülhə hazırlaşdığımız haqda təəssürat yaransın. Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir. Bizim ordumuz bu istiqamətdə daim işləyir. Biz Azərbaycanla müharibəyə hazırlaşırıq”.
Tonoyan Azərbaycanın hərbi paradda nümayiş etdirdiyi silahlardan da danışıb.
“Əlbəttə, biz bu silahlardan narahat oluruq. Xüsusilə bu hərbi texnikanın necə əldə edilməsi bizi düşündürür”, - deyə o bildirib.
Erməni nazir Türkiyə və Azərbaycanın hərbi ittifaqından da narahat olduqlarını dilə gətirib:
“Bu ittifaq Ermənistan üçün narahatlığın əsas mənbəyidir. Azərbaycan ərazilərin qaytarılması ilə bağlı Ermənistanı müharibə ilə hədələyir, Türkiyə də bununla bağlı Bakıya hər cür köməklik göstərir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv