Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SOSİAL

Deputat həyəcan təbili çaldı: 40 min tələbə…

<b>Deputat həyəcan təbili çaldı: 40 min tələbə…</b>

Ali məktəblərə qəbul imtahanlarının nəticələri həmişəki kimi günün əsas mövzusuna çevrilib

Bu sözləri millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, 15 nəfərin ən yüksək - 700 bal toplaması və onların seçdiyi universitetlər mətbuatın və sosial şəbəkənin müzakirə etdiyi qızğın məsələlərdir:
“Ancaq təəssüf edirəm ki, yenə də həmişəki kimi keçid balını keçərək tələbə hüququnu əldə etmiş 40 minə qədər digər gəncin sevinci və onların seçəcəyi 40-dan çox universitetimiz diqqətdən kənarda qalıb. 4-5 ildən sonra cəmiyyətimizə təkcə diplomat, həkim, neftçi, İKT mütəxəssisi deyil, eyni zamanda ibtidai sinif və əmək təlimi müəllimi, baytarlar və aqronomlar, su-kanalizasiya mühəndisləri, metallurqlar, idman məşqçiləri və yüzlərlə digər vacib ixtisas mütəxəssisləri lazım olacaq. Və bu zaman onların neçə bal yığmalarının və hansı ali məktəbi bitirməyinin əhəmiyyəti olmayacaq”.
Millət vəkili eyni zamanda 40 minlik yeni tələbə ordusunu təbrik edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv