Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
İDMAN

Koelyodan Özilə dəstək: Qazanan sən olacaqsan

<b>Koelyodan Özilə dəstək: Qazanan sən olacaqsan</b>

Məruz qaldığı irqçilik və təzyiqlərə görə Almaniya milli komandasında çıxışını dayandıran Məsud Özilə məşhur yazıçı Paulo Koelyodan dəstək gəlib

Kult.az xəbər verir ki, yazıçı Tvitter vasitəsilə Özilin milli komandadan ayrılmaq qərarına münasibət bildirib.
“Oxumağa dəyər bir mətn: “Uduzanda miqrant oluram”. Özil, keçmişdə və indi baş verənlər barədə nə söyləyirlərsə söyləsinlər, daim qazanan sən olacaqsan”, - Koelyo bildirib.
Xatırladaq ki, Məsud Özil Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdiyi üçün göstərilən təzyiqlərə və türk olduğu səbəbindən tənqid olunmasına görə Almaniya milli komandasından ayrıldığını açıqlamışdı.