Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
HADİSƏ

Yola görə nə qədər ev söküləcək? – Rəsmi

<b>Yola görə nə qədər ev söküləcək? – Rəsmi</b>

Bakı-Quba-Rusiya Federasiyası yolunun təmiri çərçivəsində dəniz kənarı ilə çəkiləcək yolun yerləşəcəyi ərazidə vətəndaşlara məxsus heç bir ev yoxdur

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınacağı ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarı şərh edərkən deyib. A.Nəcəfli bildirib ki, yolun salınması nəzərdə tutulan ərazilərdə boş torpaq sahələridir. Həmin torpaq sahələri arasında vətəndaşlara məxsus olanlar da var:
“Hazırda təmir işləri aparılan yol 53-cü km-dən sonra ayrılaraq Xaçmazın Gəndob qəsəbəsinə qədər dənizkənarı ilə davam edəcək. Həmin ərazilərdə ev yoxdur, yalnız torpaq sahələridir. Hazırda yolun keçdiyi torpaqlar üzrə sənədlər toplanır. Müstəqil qiymətləndirici şirkət tərəfindən 1 hektar torpaq 15 min manat məbləğində qiymətləndirilib. Hazırda sənədləşmə işləri aparılır. Kompensasiyanın ödənilməsi üçün sənədlər toplanaraq aidiyyəti üzrə veriləcək”.
Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolu 53-cü km-dən Xaçmazın Gəndob qəsəbəsinə qədər dənizkənarı ilə gedəcək.
Bununla bağlı Nazirlər Kabineti "Torpağın dövlət ehtiyacları üçün alınması barədə" qərar verib. Qərara əsasən, tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv