Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Dünya alimləri Bakıya toplaşır: 100 illik tarix

<b>Dünya alimləri Bakıya toplaşır: 100 illik tarix</b>

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, sentyabrın 13-dən 16-dək Bakı şəhərində “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, beynəlxalq konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunub.
Konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.
Xatırladaq ki, Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi qəbulda Bakının azad olunması ilə əlaqədar deyib:
“Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarıb”.
Beynəlxalq konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşıblar. Azərbaycanın görkəmli hərb xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə getmiş və Bakının azad olunması zamanı şəhər ətrafındakı qərargahdan Nuru paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib. Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun formalaşması general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə başa çatdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv