Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Türkiyəyə aviareyslər 3 dəfə artdı - Nazirlik

<b>Türkiyəyə aviareyslər 3 dəfə artdı - Nazirlik</b>

Türkiyə ilə Azərbaycanın şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə artırılıb

Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb. Məlumata görə, NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında Bakıda baş tutan görüş zamanı aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb.
Nazirlik uçuş hüququnun Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcəyini bildirib.
Qeyd edək ki, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər. Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv