Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
HADİSƏ

Kamran Əliyev çökən yoldan danışdı: O işin arxasında…

<b>Kamran Əliyev çökən yoldan danışdı: O işin arxasında…</b>

Bakıda Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı hər hansı korrupsiya halları haqqında bizdə məlumat yoxdur

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, yolun çökməsinin texniki səbəbləri ola bilər: “Həmin işin arxasında korrupsiya halları barədə bizdə məlumat yoxdur. Əgər müvafiq qurumlar məlumat təqdim edərsə, araşdırma aparıla bilər. Dünyanın hər yerində texnogen hadisələr baş verir və hesab edirəm ki, bu hadisələrin arxasında korrupsiya faktı axtarmaq düzgün deyil”.
Göyçayda körpünün uçması ilə bağlı həbs edilən 7 nəfərin cinayət işinə gəlincə, K.Əliyev vurğulayıb ki, həmin şəxslərin cinayət işləri yekunlaşıb, artıq baxılması üçün məhkəməyə göndərilmə ərəfəsindədir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv