Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
SİYASƏT

Nazirin irqçi çıxışına təpki - Təbriz ayağa qalxdı

<b>Nazirin irqçi çıxışına təpki - Təbriz ayağa qalxdı</b>

İranın Təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə Azərbaycan və qeyri-fars dillərin tədrisinin qadağan edilməsi ilə bağlı qərarı ilə əlaqədar Güney Azərbaycanda başlayan etirazlar davam edir

Nazirə etiraz olaraq, Təbriz şəhərinin müxtəlif istiqamətlərində küçə və prospektlərdən posterlər asılıb.
Posterlərdə təhsil nazirinin irqçi fikirlərini pisləyən şüarlar əks olunub. İran hakimiyyətindən məktəblərdə Azərbaycan-türk dilinin tədris olunması tələb olunub. Fəallar türk dilinin Güney Azərbaycan üçün “qırmızı xətt” olduğunu da bir daha vurğulayıblar.
Şəhərin müxtəlif yerlərində rast gəlinən posterlərin üzərində “Mənim dilim ölən deyil – Özgə dilə dönən deyil”, “Türk dili bizim qırmızı xəttimizdir” və s. kimi şüarlar yazılıb.
Qeyd edək ki, oxşar şüarlar ötən günlərdə Parsabad və Ərdəbil şəhərlərinin küçə və prospektlərindən də asılıb.
Xatırladaq ki, Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükə olduğunu iddia edərək, tədrisinin qadağan edildiyini açıqlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv