Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

“Çox gülünc vəziyyətdədir…” – “Qaynar xətt” niyə soyuyub?

<b>“Çox gülünc vəziyyətdədir…” – “Qaynar xətt” niyə soyuyub?</b>

Bizdə sözlərin mahiyyətinə uyğun işlədilməməsi problemi var

Ölkədə əksər qurumda “Qaynar xətt” yaradılıb. Bu gün müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan “Qaynar xətt xidmətləri çox gülünc vəziyyətdədir.
Bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, Daxili İşlər Nazirliyinin (102), təcili tibbi yardım (103), Fövqaladə Hallar Nazirliyi (101, 112” və digər bir neçə qurumun “Qaynar xətt”indən başqa əksər qaynar xətlər formal fəaliyyət göstərir:
“Əslində bu durum məsuliyyətsizlikdən daha çox, elə bu “qaynar” sözündən qaynaqlanır. Çünki istənilən qaynar mayeni nə zamansa soyutma məcburiyyəti yaranır. Bu xəttlərin də həmişə qaynar qalması praktik olaraq mümkünsüzdür. Odur ki, harada müraciətə operativ cavab verilir, burada ad da olduğu kimi qalır. Harada cavab almaq mümkün olmursa, o zaman “Soyumuş xətt” ifadəsi daha çox yerinə düşür".
“Qaynar xətt” və” Soyumuş xətt” tanıtımından sonra artıq vətəndaş da müraciətinə operativ cavab ala bilməyəndə, əsəbindən qaynayıb-coşmayacaq, qaynasa da düşdüyü xəttin təsiri ilə dərhal soyuyacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv