Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SİYASƏT

“Hərəkətə keçəcəyik” – Azərbaycanlıları təhqir edən nazirə xəbərdarlıq

<b>“Hərəkətə keçəcəyik” – Azərbaycanlıları təhqir edən nazirə xəbərdarlıq</b>

İran hakimiyyəti təhsil naziri Məhəmməd Bəthayinin timsalında bu ölkədəki xalqların, o cümlədən Güney Azərbaycan türklərinin doğma dillərinə yönəlik təhqirləri ilə “qırmızı xətti” keçdi.
Bunu Teleqraf.com-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı deyib.
GAMOH rəsmisi nazirin səsləndirdiyi fikirlərin genişmiqyaslı etirazların başlamasına səbəb olduğunu bildirib:
“Əlbəttə, nazir təkbaşına cəsarət edib belə fikirləri dilinə gətirməzdi, bu, birbaşa İran hakimiyyətinin göstərişidir. Buna görə də, Güney Azərbaycanda etiraz aksiyaları keçirilir. Küçə və prospektlərdən posterlər asılır, İran hakimiyyətindən Azərbaycan-türk dilinin də məktəblərdə tədris edilməsi tələb edilir.
Ərdəbil və Culfa şəhərlərinin imam cümələri də, ciddi şəkildə nazirə və İran hakimiyyətinə öz etirazlarını bildirdilər. Onlar bildirdilər ki, Güney Azərbaycanda türklər yaşayır və biz də türk dilində danışmalıyıq, dərs almalıyıq. 20-yə yaxın azərbaycanlı millət vəkili də öz haqları narazılıqlarını iranlı yetkililərə çatdırdılar”.
Ağrı Qaradağlı qeyd edib ki, millət vəkilləri, digər yetkililər və milli fəallar bu məsələni gündəmdə saxlamaqla, ana dilinin tədris edilməsinə nail olmaq mümkündür: “Hesab edirəm ki, şüarlar səsləndirmək yerinə, iş görmək vaxtıdır. Əgər qanun işləsə, təhsil naziri geri addım atacaq. Əks təqdirdə, milli hərəkat üzvləri hərəkətə keçəcəklər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv