Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
TÜRK DÜNYASI

Adnan Oktar necə mason oldu: 1 milyon avro...

<b>Adnan Oktar necə mason oldu: 1 milyon avro...</b>

Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə liderlik etməkdə ittiham olunaraq həbs edilən Adnan Oktarın 1 milyon 50 min avroya 33-cü dərəcəli masonluq sənədi aldığı bildirilir

Bu barədə şahid C.Ö-nün istintaqa ifadəsi nəticəsində məlum olub.
Məlumata görə, Oktar daha rahat hərəkət edə bilmək üçün masonlara qoşulmalı olduğunu ətrafındakılara çatdırıb. 2013-cü ildə Oktarın apardığı televiziya proqramına qonaq olan İtaliya mason lojasının lideri kimi təqdim edilən Franko Pilloni masonluq sənədini təntənəli şəkildə Oktara verib.
“Dünyadakı ən güclü mason lojalarının Şotland Rit və P2 olduğunu öyrəndim və Oktara bildirdim. Şotland Ritə üzv olmaq üçün İngiltərədə yaşamaq lazımdır, ona görə də P2 mason lojası ilə əlaqə yaratmağımı istədi. Mən də elektron poçt ünvanı vasitəsilə əlaqə yaratdım, hər dəfə 350 min avro olmaqla 3 dəfə ödəniş olundu və 33-cü dərəcə mason olmasını təmin etdik”, - şahid bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv