Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
HADİSƏ

Xəzərdə əməliyyat: 3 iranlı tutuldu

<b>Xəzərdə əməliyyat: 3 iranlı tutuldu</b>

Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər¬baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res¬¬publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə¬salın¬maz tədbirlər həyata keçiril¬ib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa¬mə¬tində saxla¬nılıb. Saxlanılmış qayığa və qayıqda olan İran və¬tən¬daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh¬rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər¬baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv