Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
DÜNYA

ABŞ İranı vurmağa hazırlaşır – Şok iddia

<b>ABŞ İranı vurmağa hazırlaşır – Şok iddia</b>

ABŞ avqust ayında İranın nüvə obyektlərinə zərbələr endirə bilər

11:30

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABC televiziyası Avstraliya hökumətindəki etibarlı mənbələrinə istinadən yayıb.
Televiziya bu işdə ABŞ-a Avstraliya və Britaniyanın yardım edəcəyini bildirib. Hər iki ölkənin ABŞ-a yardımı yalnız zərbə endiriləcək obyektlərin müəyyən edilməsi formasında olacağı vurğulanıb:
“Nə Britaniya, nə də Avstraliya birbaşa zərbələrin endirilməsində iştirak etməyəcək. Onlar yalnız zərbə endirilməsi üçün nəzərdə tutulan obyektlərin müəyyənləşdirilməsində ABŞ-a yardım göstərəcək”.
Televiziya İranda nüvə obyektlərinin müəyyən edilməsi işində Avstraliyanın şimalında yerləşən məxfi hərbi obyektdən istifadə edilə biləcəyini açıqlayıb.
Qeyd edək ki, ölkənin şimalında yerləşən bu obyekt AUSCANNZUKUS (Alyans həmçinin “Beş göz” olaraq da adlandırılır – red.) adlanan hərbi alyansa məxsusdur. Alyans öz tərkibində ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiyanı birləşdirir. İttifaqın əsas məqsədi bu beş ölkənin hərbi dəniz qüvvələri arasındakı əlaqələri artırmaqdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv