Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
HADİSƏ

Ekspert DİM-in təkzibini darmadağın etdi - Səhv sual qalmaqalı

<b>Ekspert DİM-in təkzibini darmadağın etdi - Səhv sual qalmaqalı</b>

II ixtisas qrupu üzrə D variantı sual kitabçasında (eyni test tapşırığı B variantında da var) 91 saylı test tapşırığı ümumiyyətlə səhvdir

DİM-in mütəxəssisləri Konstitusiyanı açıb oxusunlar. Test tapşırığında soruşulur ki, hakimliyə namizədlərə aid olan xüsusiyyətləri seçin. Amma cavab variantında olan xüsusiyyətlər hakimliyə namizədlərə aid deyil, hakimlərə aiddir. Yəni bu test tapşırığında ümumiyyətlə doğru cavab yoxdur.
Bunu sözügedən test tapşırığının səhv olmaması ilə bağlı DİM-in verdiyi açıqlamaya cavab olaraq təhsil eksperti Kamran Əsədov qeyd edib. O, hakimliyə namizədlərə aid tələbləri Konstitusiyasının maddəsi ilə göstərərək, DİM-in mütəxəssislərini hakimliyə namizəd ilə hakim ifadələrinin fərqini öyrənməyə səsləyib:
“Buyurun, bu da ölkə ərazisində ən yüksək hüququ qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının maddəsi:
Maddə 126. Hakimliyə namizədlərə aid tələblər:
I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Yəni maddənin birinci hissəsində göstərilən şərtlər hakimliyə namizədlərə, ikinci hissədə qeyd olunanlar isə hakimlərə aiddir. Amma test tapşırığında məhz birinci hissə soruşulur. Yəni hakim ayrı şeydir, hakimliyə namizəd ayrı bir şey. İndi deyin görüm, bu sual doğrudur, yoxsa səhv?
Özünüz düzgün oxuya bilmirsiz, necə abituriyentdən bunu tələb edə bilərsiniz? Sizin mütəxəssis-ekspertlər test tapşırığını yazanda, seçəndə qarşılarında kitab olur, baxıb yazırlar. Amma abituriyentlərin elə bir imkanı olmur. Diqqətli olmaq lazımdır. Əminliklə deyə bilərəm ki, bu test tapşırığı ulduz ilə işarələnib abituriyentlərin xeyrinə qəbul edilməlidir. Bunlar arasındakı fərqi öyrənsinlər, sonra çıxıb desinlər ki, sual səhvdir, ya yox. Suala “doğrudur” demək ayıbdır. Test tapşırığında hakimliyə namizədlərə aid olanı tapmaq tələb olunur, amma cavabda olanlar hakimlərə aiddir”.
Qeyd edək ki, ötən gün Kamran Əsədov DİM-in keçirdiyi II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında düşən səhv test tapşırıqlarının olması barədə məlumat yaymışdı. O bildirmişdi ki, səhv tərtib edilən bu sualların cavabları abituriyentlərin xeyrinə hesablanmalıdır.
Bundan sonra isə DİM mətbuata açıqlama verərək, sualların düzgün olduğunu və abituriyentlərin xeyirinə hesablanmayacağını bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv