Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
TÜRK DÜNYASI

Tramp səhv etdi: Ərdoğanın üstünə bu cür getmək… - Şərh

<b>Tramp səhv etdi: Ərdoğanın üstünə bu cür getmək… - Şərh</b>

ABŞ bugünkü siyasəti ilə bilərəkdən və ya bilməyərəkdən Türkiyəni daha çox Rusiyaya yaxınlaşdırır

Bu sözləri ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ABŞ prezidenti və vitse-prezidenti indi də Türkiyəni və şəxsən Ərdoğanı təhdid edirlər, keçmiş müttəfiqi sanksiyalarla hədələyirlər:
“Vaşinqtona görə PKK və Gülən şəbəkəsi ilə əlaqəsi olan rahib Endryu Branson Türkiyə həbsxanasından ev həbsinə deyil, birbaşa azadlığa buraxılmalıydı. Ankara bəlkə də Bransonu bir az ev həbsində saxladıqdan sonra tamamilə sərbəst buraxardı, ancaq Vaşinqton məsələni qəlizləşdirdi. Ərdoğan Prezident Donald Trampın və vitse-prezident Mayk Pensin hədəsindən sonra rahibi sərbəst buraxsa, zəif duruma düşəcək. Xarizmatik Ərdoğan buna getməz”.
Politoloq qeyd edib ki, əslində Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi:
“Lakin bu plan alınmadı. Türkiyə Güləni istədikdə ABŞ məhkəmənin qərarına tabe olduqlarını bildirdi. İndi ABŞ rahibi istədikdə Türkiyə də eyni sözü deyir. Ancaq ABŞ Türkiyə üçün məhkəmə hüququnu tanımır və rahibin sərbəst buraxılmasını tələb edir. Vaşinqton zor dilinə keçib, diplomatiyadan əsər-əlamət qalmayıb”.
Politoloq vurğulayıb ki, Ankara bir yolla rahibi evinə göndərmək istəyərkən Vaşinqton işi korladı:
“Bəlkə də ABŞ qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdi. Çünki bir gün əvvəl Ərdoğan demişdi ki, Amerika istəyir deyə, İrana qarşı sanksiyalara qoşulmayacaq, qonşu dövlətlə siyasi və iqtisadi təmaslarına davam edəcək. Eyni zamanda dünən Cənubi Afrika Respublikasında (bu ölkədə BRİKS ölkələrinin zirvə toplantısı keçirilir) rusiyalı həmkarı Vladimir Putinlə görüşən Ərdoğan böyük ehtimalla ABŞ-ı nəzərdə tutaraq, “Rusiya-Türkiyə münasibətlərindən biriləri qıcıqlanır” dedi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv