Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

Azərbaycanlı Londonda 190 milyona ev aldı - X milyonçu

<b>Azərbaycanlı Londonda 190 milyona ev aldı - X milyonçu</b>

Azərbaycan vətəndaşı Londonda 190 milyon dollara mənzil alıb

Bunu Türkiyə mətbuatına açıqlamasında “Allytta” daşınmaz əmlak ticarət şirkətinin baş meneceri Neş Cenkins deyib. Onun sözlərinə görə, son zamanlar Londondakı daşınmaz əmlaka Türkiyə vətəndaşlarının marağı artıb:
“Türkiyə biznesmenləri London daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşmasından yararlanırlar. Onlar bu sferaya əhəmiyyətli miqdarda yatırım edirlər. Son iki ildə bu investisiyalar 297% artıb. Son 5 ildə Türkiyənin 85 min vətəndaşı Londonda daşınmaz əmlak sahibi olub. 17 min türkiyəli isə Londonda daimi olaraq yaşayış hüququ əldə edib”.
Londondakı mənzillərin qiymətinin 400 min funt sterlinqdən başladığını bildirən Cenkins bu qiymətə yalnız birotaqlı mənzil almağın mümkün olduğunu deyib. O, Türkiyə vətəndaşlarının adətən iki otaqlı mənzil aldıqlarını və daşınmaz əmlak üçün 1 milyon funt sterlinq xərclədiklərini deyib:
“Türklər daha çox Londonun Çelsi rayonunda məskunlaşmağı sevirlər. Londonda yeni evlər tikilmir. İngilislər paytaxtda artıq ev almaq ixtiyarında deyillər, buna görə də bu daşınmaz əmlakı qlobal burjuaziyanın nümayəndələri alırlar. Türklər arasında ən bahalı mənzili Azərbaycan vətəndaşı olan şəxs alıb. O, bunun üçün 140 milyon funt sterlinq xərcləyib. Ondan sonrakı yerdə dayanan şəxs isə Türkiyə vətəndaşıdır və bunun üçün 90 milyon funt sterlinq ödəniş edib”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv