Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
HADİSƏ

Baş nazir intihar etmək istəyəni fikrindən daşındırdı - Bakıda

<b>Baş nazir intihar etmək istəyəni fikrindən daşındırdı - Bakıda</b>

Hazırda Heydər Əliyev prospekti-Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var

09:06
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
"Tıxac əsasən Heydər Əliyev prospektinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır", - deyə o qeyd edib.
***
Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.
APA-nın xəbərinə görə, FHN-in əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.
***
Bakıda intihar edən şəxsi fikrindən baş nazir daşındırıb.
Musavat.com-un məlumatına görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.
O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.
Həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.
Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv