Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
DÜNYA

Dünyanın ən ucuz benzini bu ölkədədir - Siyahı

<b>Dünyanın ən ucuz benzini bu ölkədədir - Siyahı</b>

“Blomberq” agentliyi dünyada Aİ-95 benzininin ən ucuz və ən baha olduğu ölkələrin siyahısını tərtib edib

Yeni hazırlanan reytinq cədvəlinə əsasən, dünyada ən ucuz benzinin Venesuelada satıldığı bəlli olub. Belə ki, burada 1 litr Aİ-95-in dəyərinin 0,01 dollar olduğu müəyyən edilib. Növbəti yerlərdə İran (0,28 dollar) və Küveyt (0,35 dollar) qərarlaşıb. İlk onluqda isə Nigeriya (0,41 dollar), Misir (0,43 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), Malaziya (0,54 dollar), İndoneziya (0,67 dollar), BƏƏ (0,68 dollar), Rusiya (0,72 dollar) özünə yer edib.
Ən bahalı benzinin satıldığı yerlər siyahısında isə ilk yeri Honkonq (2,09 dollar) tutub. İlk onluqda həmçinin Norveç (2,02 dollar), Niderland (1,93 dollar), Yunanıstan (1,91 dollar), İtaliya (1,91 dollar), Danimarka (1,90 dollar), İsrail (1,86 dollar), Portuqaliya (1,83 dollar), Finlandiya (1,79 dollar), Fransa (1,78 dollar) qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlində Qafqazdan heç bir ölkənin adı yer almayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv