Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Müdafiə naziri Moskvada bu tədbirlərdə iştirak etdi - Video

<b>Müdafiə naziri Moskvada bu tədbirlərdə iştirak etdi - Video</b>

Moskvaya səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri digər qonaqlarla birgə sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlara baxış keçirib. Nümayiş etdirilən eksponatlar yarışlar keçirilən günlərdə qonaqların yaxından tanış olmaları üçün sərgilənəcək.
Müdafiə naziri “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunələri təqdim ediblər. Çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxıblar.
Tədbirdə həmçinin ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak edib.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv