Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
HADİSƏ

AB-dən Bakıya təklif: AZAL-ı...

<b>AB-dən Bakıya təklif: AZAL-ı...</b>

Avropa İttifaqı (Aİ) “Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib və hazırda hökumətin təkliflərini gözləyir

Bunu Report-a qurumdakı mənbə bildirib.
Mənbənin məlumatına görə, təkliflər arasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var:
“Bilirik ki, AZAL dövlət büdcəsinə daha çox vəsait gətirə bilər. Təklif etmişik ki, onu özəlləşməyə çıxarsınlar. Digər ölkələrin təcrübəsindən də yararlana bilərlər və biz həmin ölkələrin təcrübələrini də hökumətə təqdim etmişik. Təkliflərdə göstərmişik ki, AZAl bazar iqtisadiyyatına keçsə, burda neqativ heç nə yoxdur”.
Qeyd edək ki, hazırda AZAL-ın səhmlərinin 100% dövlətə məxsusdur. Bir müddət əvvəl Moldova öz milli aviadaşıyıcısını özəlləşməyə çıxarıb. Gürcüstanda isə bu bir neçə il qabaq baş verib və hazırda bu ölkənin milli aviaşirkətinin səhmlərinin 49%-i özəl sektora, 51%-i dövlətə məxsusdur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv