Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
TÜRK DÜNYASI

Akşənər getdi, təkid etdilər, qayıdası oldu...

<b>Akşənər getdi, təkid etdilər, qayıdası oldu...</b>

İYİ Partiyası sədri vəzifəsini tərk etməyə hazırlaşan Maral Akşənər çoxsaylı təkidlərdən sonra fikrindən daşınıb

Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Akşənəri razı salmaq üçün şənbə günü partiyanını nüfuzlu simaları - İYİ Partiyasının sədr müavinləri Koray Aydın, Lütfi Türkqan, partiyanın TBMM qrupunun sədri Ahad Andican, millət vəkilləri Aylin Cəsur və Şenol Bal onu evində ziyarət edib.
“Bu ölkənin uşaqlarına gələcəkdə nə deyəcəksiniz? Nəvənizə, gənclərimizə nə deyəcəksiniz? Nəvəniz Parsa “buraxıb qaçdı” deyəcəklər. Onlara qarşı hamımız məsuliyyət daşıyırıq”, - TBMM qrupunun rəhbəri Ahad Andican Akşənərlə görüşdə deyib.
İddialara görə, Akşənərin fikrinin dəyişməsinə də məhz Andicanın sözləri səbəb olub. Akşənər millət vəkillərinə “Mən bu millətin uşaqlarına qıya bilmərəm. Yaxşı. Bazar ertəsi 15:00-da sədrlik divanını toplayaq” cavabını verib.
Qeyd edək ki, Akşənər sədrlikdən istefa verdiyini açıqlamış və partiyanın fövqəladə qurultayında namizədliyini irəli sürməyəcəyini bildirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv