Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
QHT XƏBƏR

“Tolerantlığın yaşadılması birlik və bərabərliyin zəmanətidir”

<b>“Tolerantlığın yaşadılması birlik və bərabərliyin zəmanətidir”</b>

“Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyi“ ölkə boyunca “Mənəvi dəyərlərin təbliği: necə və nə etməli?“ adlı silsilə tədbirlərə start verib

Birlikdən verilən məlumata görə, ilk tədbir Zaqatala rayonunda İslam Universitetində keçirilib. Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi
İrsin Təbliği İctimai Birliyinin“ sədri Sevinc Əzimbəyli bildirib ki, təşkilatın həyata keçirdiyi silsilə tədbirlərin əsas məqsədi ölkə vətəndaşlarına, xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhunun
aşılanmasını, mənəvi dirçəlişimizin yüksəklişinin ən əsas və müqəddəs prinsip kimi təqdim etməkdir: “Milli mənəvi dəyər hər bir xalqın irsində, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın qədim tarixi kökə sahiblənməsindən xəbər verir.Çox sevindirici haldır ki, ölkəmizdə milli mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və Prezident İlham Əliyevdir“.
Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, milli mənəvi dəyərlərimizin mühafizə olunması dövlət təhlükəsizliyimizin də qorunması deməkdir: “Azərbaycanda mövcud olan milli və dini
tolerantlığın yaşadılması xalqımızın birlik və bərabərliyinin zəmanətidir. Unutmamalıyıq ki, mənəvi dəyərlərimizə sahiblənən ölkə gənci yad təsirlərdən daima kənar olan vətənsevər, mükəmməl ölkə vətəndaşıdır. Radikal və ziyanlı qüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn addımlarının zərərləşdirilməsi naminə hər birimiz
Azərbaycan dövlətinin yanında olmalıyıq”.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, dini icma rəhbərləri və gənclər iştirak edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv