Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
HADİSƏ

İsmayıllıda əməliyyat: Qulluq elədi, böyütdü, amma...

<b>İsmayıllıda əməliyyat: Qulluq elədi, böyütdü, amma...</b>

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb.
Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın ümumilikdə 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə kolları, eləcə də kustar üsulla hazırlanmış 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv