Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
DÜNYA

ABŞ-dan zərbə: Pakistan BVF-dən borc ala bilməyəcək

<b>ABŞ-dan zərbə: Pakistan BVF-dən borc ala bilməyəcək</b>

ABŞ Dövlət katibi Mayk Pompeo Beynəlxalq Valyuta Fonduna (BVF) Pakistanın yeni hökumətinə yardım etməməsi üçün xəbərdarlıq edib

Bunu jurnalistlərə açıqlamasında Pompeonun özü deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti BVF-nin ayıracağı bu pulların Pakistanın Çinə olan borclarını ödəmək üçün istifadə edilə biləcəyini düşünür:
“Biz BVF-nin addımlarına nəzarət edəcəyik. BVF Çin kreditorlarını xilas etmək istəyənləri qorumamalıdır”.
Qeyd edək ki, bundan öncə Pakistanda məşhur kriket oyunçusu İmran Xanın rəhbərlik etdiyi partiya parlament seçkisində qalib gəlib. ABŞ-ın əsas tənqidçilərindən biri olan Xanın bundan sonrakı dönəmdə Vaşinqtonla münasibətləri gərginləşdirəcəyi təxmin edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv